Milli Məclisin plenar iclası başladı

25.11.2024

Teleqraf.com portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Milli Məclisin payız sessiyası üzrə növbəti plenar iclası başlayıb.

Teleqraf.com xəbər verir ki, spiker Sahibə Qafarovanın sədrliyi ilə keçirilən iclasın gündəliyinə 12 məsələnin müzakirəsi daxil edilib.

İclasda Azərbaycanın Baş naziri Əli Əsədov və hökumət üzvləri iştirak edirlər.

Üç gün davam etməsi nəzərdə tutulan plenar iclasda 2025-ci ilin dövlət büdcəsi layihəsi və büdcə zərfinə daxil olan sənədlər müzakirə ediləcək.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью