Milli Məclisin plenar iclasında 15 məsələ müzakirə olunub YENİLƏNİB AZƏRTAC | Icma.az
Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Bakı, 10 dekabr, AZƏRTACDekabrın 10-da Sahibə Qafarovanın sədrliyi ilə Milli Məclisin payız sessiyasında növbəti plenar iclası keçirilib.AZƏRTAC xəbər verir ki, S.Qafarova əvvəlcə dekabrın 7-də Azərbaycan parlamentinin 106-cı ildönümünə həsr edilən Beynəlxalq Parlament Konfransı barədə məlumat verib.
Sonra cari məsələlərlə bağlı aparılan müzakirələrdə çıxış edən deputatlar bir sıra aktual mövzularla bağlı fikirlərini açıqlayıb, Ümummilli Lider Heydər Əliyevin yaxın günlərdə qeyd olunacaq anım günü ilə əlaqədar dahi şəxsiyyətin əziz xatirəsini böyük ehtiramla yad ediblər.
Çıxışlarda Heydər Əliyevin ölkəmizin müstəqilliyinin qorunub saxlanılması, ictimai-siyasi sabitliyin təmin edilməsi, iqtisadi inkişaf, ordu quruculuğu istiqamətində önəmli rolu vurğulanıb.
Sonra gündəliyə daxil edilmiş 15 məsələnin müzakirənə başlanılılıb.
Birinci məsələ Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyası üzvlərinin təyin edilməsi haqqında qərar layihəsi olub.
Komissiyanın Əsasnaməsinə görə, onun 5 üzvü Milli Məclis tərəfindən təyin edilməlidir.
Komissiyanın üzvlüyünə Milli Məclis sədrinin müavini Ziyafət Əsgərov, komitə sədri Arzu Nağıyev, deputat Əminə Ağazadə, Hesablama Palatasının sədri Vüqar Gülməmmədov, parlament Aparatının rəhbəri Fərid Hacıyevin namizədlikləri təklif olunub.Qərar layihəsi səsə qoyularaq qəbul edilib.Növbəti 6 məsələ üçüncü oxunuşda qanun layihələri olub, onlardan ikisi Prezidentin bir məktubu ilə Milli Məclisə daxil olub.Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Kamal Cəfərov Miqrasiya Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsini (üçüncü oxunuş) təqdim edib.
Tam oxu
Xəbəri oxu