Milli Məclisin plenar iclasında 2025ci ilin dövlət büdcəsinin müzakirəsinə başlanılıb | Ic…
Icma.az, Xalq qazeti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Azərbaycanda ilk dəfə “yaşıl büdcə”nin xərcləri açıqlanıb Noyabrın 25-də Sahibə Qafarovanın sədrliyi ilə Milli Məclisin payız sessiyasında növbəti plenar iclası keçirilib.
İclasda Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov və hökumət üzvləri iştirak ediblər.
Milli Məclisin sədri Sahibə Qafarova iclası açaraq Bakıda Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının uğurla başa çatdığını bildirib.
Sonra o, 2025-ci ilin dövlət büdcəsi layihəsi barədə fikirlərini bölüşüb.
Deyib ki, 2025-ci ilin dövlət büdcəsi iqtisadi inkişaf, dayanıqlılıq və inklüzivlik təməlləri üzərində qurulub.
Daha sonra iclasda parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov çıxış edib.
O bildirib ki, “Büdcə sistemi haqqında” Qanunun 12-ci maddəsinə uyğun olaraq “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında” qanun layihəsi və büdcə zərfinə daxil olan digər layihələr Prezident İlham Əliyev tərəfindən Milli Məclisə təqdim olunub.
Tam oxu
Xəbəri oxu