Milli Məclisin sədri: AzərbaycanTürkiyə əlaqələri bu gün özünün ən yüksək səviyyəsinə yüks…
Apa.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Milli Məclisin sədri Sahibə Qafarova Türkiyə Böyük Millət Məclisinin Xarici əlaqələr komitəsinin sədri Fuat Oktayın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən xəbərə görə, sədr Sahibə Qafarova sabah keçiriləcək beynəlxalq parlament konfransının əhəmiyyətinə toxunub.
O deyib ki, eyni zamanda, bu tədbir Azərbaycan və Türkiyə parlamentlərinin işbirliyi, birgə fəaliyyəti məsələlərinə də diqqət yetirməyə imkan verəcək.
Spiker Sahibə Qafarova dost və qardaş ölkələr olan Azərbaycan və Türkiyənin bütün sahələrdə uğurlu əməkdaşlığından məmnunluğunu bildirib.
O, Ulu Öndər Heydər Əliyevin "Bir millət, iki dövlət" şüarının ölkələrimiz və xalqlarımız arasında qardaşlığın ifadəsi olduğunu söyləyib.
Görüşdə vurğulanıb ki, ölkələrimiz bütün məsələlərdə həmrəylik və qarşılıqlı dəstək nümayiş etdirirlər.
Əlaqələrimizin dövlət başçılarımızın siyasi iradəsi və birgə səyləri sayəsində bu gün özünün ən yüksək səviyyəsinə-müttəfiqlik səviyyəsinə yüksəldiyi qeyd edilib.
Tam oxu
Xəbəri oxu