Milli Məclisin sədri MDB PA nın Şura iclasında iştirak edib

17.04.2025

Gununsesi saytından alınan məlumata görə, Icma.az bildirir.

Milli Məclisin sədri Sahibə Qafarovanın Rusiya Federasiyasının Sankt-Peterburq şəhərinə işgüzar səfəri davam edir.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Gununsesi.info-ya bildirilib ki, səfər çərçivəsində spiker Sahibə Qafarova aprelin 17-də Müstəqil Dövlətlər Birliyinə (MDB) üzv olan dövlətlərin Parlamentlərarası Assambleyasının (PA) Şura iclasında iştirak edib.

İclasda ötən dövr ərzində Assambleya çərçivəsində görülmüş işlər, həyata keçirilmiş tədbirlər, həmçinin digər təşkilati məsələlər nəzərdən keçirilib. Azərbaycan parlamentinin spikeri Sahibə Qafarova müzakirə olunan mövzular haqqında öz fikirlərini bildirib.

Gununsesi.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью