Milli Məclisin sədri Sahibə Qafarova Parlamentlərarası İttifaqın Baş katibi Martin Çunqonq…
Icma.az, Xalq qazeti portalına istinadən məlumat verir. Özbəkistanın paytaxtı Daşkənd şəhərində işgüzar səfərdə olan Milli Məclisin sədri Sa
Görüşdə Azərbaycan Respublikasının Milli Məclisi ilə Parlamentlərarası İttifaq arasında əməkdaşlıq məsələləri nəzərdən keçirilib.
Bildirilib ki, Parlamentlərarası İttifaq beynəlxalq əməkdaşlıq baxımından səmərəli platformadır.
Qeyd olunub ki, beynəlxalq parlament qurumları ilə ikitərəfli və çoxtərəfli əsasda əməkdaşlıq edən Milli Məclis Parlamentlərarası İttifaqla əlaqələrin genişləndirilməsinə mühüm əhəmiyyət verir.
Tərəflərin birgə əməkdaşlığı ilə bir sıra tədbirlərin uğurla təşkil olunması əməkdaşlığımızın daha da dərinləşməsinə imkanlar yaradır.
Söhbət zamanı Azərbaycanın təşkilatda yüksək səviyyədə və fəal şəkildə təmsil olunması müsbət qiymətləndirilib.
Milli Məclisin deputatlarının təşkilatın rəhbər orqanlarında təmsil olunmasından məmnunluq ifadə edilib.
Söhbət zamanı regionda mövcud vəziyyət, Azərbaycan və Ermənistan arasında normallaşma prosesi barədə də fikir mübadiləsi aparılıb.
Tam oxu
Xəbəri oxu