Milli Məclisin sədri Sahibə Qafarova Rusiyaya işgüzar səfərə gedib AZƏRTAC

20.11.2024

Icma.az, Azertag portalına istinadən məlumat yayır.

Bakı, 20 noyabr, AZƏRTAC

Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyəti MDB Parlamentlərarası Assambleyasının (MDB PA-nın) Şura və 57-ci Plenar iclaslarında iştirak etmək üçün noyabrın 20-də Rusiya Federasiyasının Sankt-Peterburq şəhərinə işgüzar səfərə gedib.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, səfər çərçivəsində Sahibə Qafarovanın MDB PA-nın iclaslarında çıxışı, tədbirdə iştirak edən parlament nümayəndə heyətlərinin rəhbərləri ilə bir sıra görüşləri nəzərdə tutulub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью