Milli Məclisin sədri Sahibə Qafarova Türkiyədə bir sıra görüşlər keçirəcək

17.12.2024

Icma.az bildirir, Newscenter.az saytına əsaslanaraq.


Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyəti dekabrın 17-də Türkiyə Respublikasının paytaxtı Ankara şəhərinə rəsmi səfərə gəlib.
Newscenter.az xəbər verir ki, Ankaranın Esenboğa Beynəlxalq Hava limanında nümayəndə heyətini Türkiyə Böyük Millət Məclisinin Azərbaycanla parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrım, Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov və digər rəsmi şəxslər qarşılayıblar.
Səfərdə Milli Məclis Sədri Sahibə Qafarovanın bir sıra görüşləri və tədbirlərdə iştirakı nəzərdə tutulub.
Süleyman
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью