Milli Məclisin sədri Sahibə Qafarova Vatikana səfərə gedib FOTO

25.04.2025

Icma.az, Azxeber.com saytına istinadən bildirir.

Aprelin 25-də Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə Azərbaycan parlament nümayəndə heyəti Roma Papası Fransiskin dəfn mərasimində iştirak etmək üçün Vatikana səfərə gedib.

Milli Məclisdən AZXEBER.COM-a bildirilib ki, Roma şəhərinin beynəlxalq hava limanında Milli Məclisin nümayəndə heyətini Azərbaycanın Müqəddəs Taxt-Tacdakı səfiri İlqar Muxtarov, ölkəmizin İtaliyadakı səfiri Rəşad Aslanov və Vatikan rəsmiləri qarşılayıblar.

Milli Məclisin sədri aprelin 26-da Santa Mariya Maccore bazilikasında keçiriləcək dəfn mərasimində ölkəmizi təmsil edəcək, Roma Papasının son mənzilə yola salınması tədbirlərinə qatılacaq.


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью