Milli Məclisin sədri Sankt Peterburqda faşizm üzərində Qələbənin 80 illiyi ilə bağlı tədbirlərdə iştirak edib

18.04.2025

Azertag saytından alınan məlumata görə, Icma.az bildirir.

Bakı, 18 aprel, AZƏRTAC

Aprelin 18-də Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində Müstəqil Dövlətlər Birliyinə üzv olan dövlətlərin Parlamentlərarası Assambleyası çərçivəsində 1941–1945-ci illərdə faşizm üzərində Qələbənin 80 illiyinə həsr olunmuş tədbirlər keçirilib.

Bu barədə AZƏRTAC-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Bildirilib ki, Milli Məclisin sədri Sahibə Qafarovanın başçılıq etdiyi parlament nümayəndə heyəti tədbirlərdə iştirak edib.

MDB PA-nın 58-ci plenar iclasının iştirakçıları əvvəlcə Piskaryov memorial məzarlığını ziyarət ediblər. Milli Məclisin sədri Sahibə Qafarova və MDB-yə üzv dövlətlərin parlament sədrləri memorial məzarlıqda “Ana vətən” abidəsi qarşısına gül çələngləri qoyublar.

Sonra Tavriya sarayında 1941–1945-ci illərdə faşizm üzərində Qələbənin 80 illiyinə həsr olunmuş konsert təşkil olunub. Plenar iclas iştirakçıları konserti izləyiblər.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью