Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Bakı, 1 iyun, AZƏRTAC
Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyəti Parlamentlərarası İttifaqın Qadın Parlamentarilərin Qlobal Konfransında iştirak etmək üçün Serbiya Respublikasına işgüzar səfərə gedib.
Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, Belqrad şəhərinin Nikola Tesla beynəlxalq hava limanında Sahibə Qafarovanı Serbiya Milli Assambleyasının Serbiya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Duşan Mariç, Azərbaycanın Serbiyadakı səfiri Kamil Xasiyev və digər rəsmi şəxslər qarşılayıblar.