Milli Məclisin sədri Simonyanla görüşündən danışdı

24.10.2025

Icma.az xəbər verir, Unikal.az saytına əsaslanaraq.

“Oktyabrın 21-də Cenevrədə Ermənistan parlamentinin sədri Alen Simonyanla görüşümüz oldu. Bu, parlamentlərarası ittifaq çərçivəsində 3-cü görüş idi”.

"Unikal" xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında spiker Sahibə Qafarova deyib.

“Görüşdə Vaşinqton sammitində əldə olunmuş razılıqların və münasibətlərin normallaşması üçün görülən tədbirlərin əhəmiyyəti vurğulanıb. Konstruktiv dialoqun davamı etdirilməsinin vacibliyi qeyd edilib”, - deyə spiker bildirib.

Anar Kəlbiyev


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью