Milli Məclisin sədri Türkiyəyə işgüzar səfərə gedib

14.04.2026

Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bakı, 14 aprel, AZƏRTAC

Milli Məclisin sədri Sahibə Qafarova Parlamentlərarası İttifaqın (PAİ-nin) 152-ci Assambleyasında və Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin 5-ci Konfransında iştirak etmək üçün Türkiyənin İstanbul şəhərinə işgüzar səfərə gedib.

Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, səfər çərçivəsində Sahibə Qafarovanın tədbirdə iştirak edən parlament nümayəndə heyətlərinin rəhbərləri ilə bir sıra görüşləri nəzərdə tutulub.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью