Milli Məclisin yaz sessiyasının növbəti iclası | Icma.az
Icma.az bildirir, Xalq qazeti saytına əsaslanaraq. Martın 7-də Sahibə Qafarovanın sədrliyi ilə Milli Məclisin yaz sessiyasında növbəti iclas
İclasda 14 məsələ müzakirəyə çıxarılıb. Gündəliyin birinci məsələsi Milli Məclisin qərar layihəsi olub.
Sonra Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili (ombudsman) Səbinə Əliyeva 2024-cü ildə ölkədə insan hüquqlarının qorunması haqqında illik məruzəsini təqdim edib.
Diqqətə çatdırılıb ki, 2024-cü ildə ombudsmanın ünvanına 29 min 371 müraciət daxil olub.
İnsanların üzləşdikləri problem və çətinliklərin həlli məqsədilə ombudsman tərəfindən aidiyyəti dövlət qurumlarına, idarə, müəssisə və təşkilatlara müraciətlər edilib, bir çox hallarda nöqsan və çətinliklərin aradan qaldırılması və pozulmuş hüquqların bərpası üzrə zəruri tədbirlər görülüb, təklif və tövsiyələr verilib.
Bildirilib ki, sahibkarlıq subyektlərində işçilərin əmək hüquqlarının pozulması faktları üzrə araşdırmaların aparılmasında ciddi çətinliklər yaranıb.
Bu çətinliklərin aradan qaldırılması üçün zəruri tədbirlərin həyata keçirilməsinin vacibliyindən bəhs edilib.
Sağlamlığın qorunması hüququnun səmərəli təmin edilməsi istiqamətində əhəmiyyətli islahatların aparılmasına baxmayaraq, hələ də bu sahədə müəyyən çətinliklərin olduğu, icbari tibbi sığortanın təminat verdiyi tibbi xidmətlər zərfinin genişləndirilməsinin, ölkəyə idxal edilən dərman vasitələrinin keyfiyyətinə nəzarətin gücləndirilməsinin, onkoloji xəstəliklərin müalicəsində istifadə olunan dərman preparatlarının spektrinin genişləndirilməsinin vacibliyi qeyd edilib.
Tam oxu
Xəbəri oxu