Milli məğlub oldu

29.10.2026

futbolpress-az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Bakının ev sahibliyi etdiyi FIFA U-15 dünya çempionatı və festivalında mübarizə aparan Azərbaycan milli komandası növbəti matçında məğlub olub.

Futbolpress.az xəbər verir ki, Famil Xəlilovun baş məşqçisi olduğu yığmamız C Divizionunun növbəti oyununda Asiya təmsilçisi Vyetnamla qarşılaşıb. Gərgin keçən qarşılaşma rəqibin 4:2 hesablı qələbəsi ilə yekunlaşıb.

C Divizionundakı əvvəlki matçlarda Cəbəllütariq (5:1) və Mozambik (4:1) seçmələrinə qalib gələn futbolçularımız Çili yığmasına da 1:3 hesabı ilə məğlub olmuşdular.

Xatırladaq ki, ilk mərhələdə AF qrupunda yer alan millimiz Timor-Leste (6:0), Andorra (1:0) və İsraili (3:1) üstələyib, Avstraliya (1:3) ilə Haitiyə (0:4) uduzaraq 9 xalla 3-cü yeri tutmuş və C Divizionuna vəsiqə qazanmışdı.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью