“Milli Məkan” layihəsi ilə bağlı narazılıq Milyonluq tender prosesində nə baş verir? | Icm…
Unikal.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Məlum olduğu kimi, İqtisadiyyat Nazirliyi “Milli Məkan” informasiya sisteminin yaradılması ilə bağlı tender elan edib.
Tender dərhal yalnız İT bazarımızda nadir bir hal olan 21,8 milyon manatlıq büdcəsi ilə deyil, həm də layihənin geniş əhatə dairəsi ilə İKT icması və geniş ictimaiyyətin diqqətini cəlb edib.
Bütün Azərbaycan vətəndaşlarına, habelə dövlət və kommersiya qurumlarına açıq olacaq vahid coğrafi informasiya sisteminin yaradılması nəzərdə tutulur.
Bu sistemdə hər bir yerüstü obyekt haqqında mövcud ünvan və coğrafi işarə (geotaq) əsasında tam məlumat əldə etmək, eləcə də digər əlaqəli məlumatları əldə etmək mümkün olacaq.
Layihə dövlət əhəmiyyətlidir, Azərbaycan Respublikası Prezidenti tərəfindən başladılmışdır və layihənin icrası Prezident Administrasiyasının daimi nəzarəti altındadır.
“Unikal” xəbər verir ki, büdcəsinin kosmik yüksək olduğu və yaradılacaq «Milli Məkan» sisteminin uzun illər istifadəyə hesablandığını nəzərə alaraq, belə bir ictimai əhəmiyyət kəsb edən layihə açıq və şəffaf tenderin keçirilməsini və “qiymət-keyfiyyət” prinsipi əsasında ən optimal İT həllinin seçilməsini nəzərdə tutur.
Təəssüf ki, tenderin başlanğıcından etibarən redaksiyamıza texniki sənədləri almış və "ədalətli" tenderdə iştirak edəcəyinə sadəlövhcəsinə inanmış İT şirkətlərindən çoxsaylı şikayətlər daxil olmağa başlayıb.
Tam oxu
Xəbəri oxu