Milli Mətbuat Gününə oxucu təbriki

22.07.2026

Icma.az, 525.az portalına istinadən məlumatı açıqlayır.

1992-ci ildə təsis olunan və baş redaktoru olduğunuz “525-ci qəzet” illər boyu peşəkar jurnalistika prinsiplərinə sadiqliyi ilə seçilib. Müstəqillik dövrü mətbuatımızın ilk qaranquşlarından olan, oxucu cəmiyyətinə aynalıq bəxş edən bu qəzet mətbuatımızın banisi Həsən bəy Zərdabi ənənələrini yaşatmaqdadır.

Fəxr edirəm ki, 84-cü yaşda olduğum ömrün uzun illərini, yəni qəzetinizin yarandığı gündən onun daimi izləyicisi və oxucusuna çevrilmişəm. Bu gün də bu sədaqətlilik, sevgi və oxuculuğum qəzetinizlə davam edir, həyatımın mütaliə dünyasına işıq saçır, mənəvi dünyamı bəzəyir. Çünki qəzetin məqsədi oxuculara həm aktual, həm də analitik məzmun təqdim etməklə məşğul olub.

Eləcə də bu illər ərzində “525-ci qəzet” Azərbaycanın mətbuat tarixinə imza atan önəmli hadisələrin və proseslərin işıqlandırılmasında aparıcı mövqedə dayanıb. Jurnalistikanın müxtəlif janrlarında müvəffəqiyyətlə çıxış edən bu nəşr, həm də gənc jurnalistlərin inkişafında əvəzsiz rol oynayıb. Fəaliyyət dairəsi təkcə yerli oxucuları deyil, həm də bütünlükdə Türk dünyasını əhatə edib.

Hörmətli Rəşad müəllim, qarşıdan mətbuat tariximizin 151-ci ildönümü gəlir. Bu münasibətlə bir oxucu kimi, Sizi, əməksevər kollektivinizi və bütün media işçilərini təbrik edirəm, cansağlığı diləyirəm, qələmlərinin daimi millətimiz və dövlətimiz yolunda həqiqət və reallıqları əks etdirməyini arzulayıram.

Hörmətlə, Esmira Cavadova

Tarix üzrə fəlsəfə doktoru, dosent, Ali Media Mükafatı laureatı, Həsən bəy Zərdabi diplomçusu

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью