Milli Müdafiə Universiteti xüsusi təyinatlı təhsil müəssisələrinə sənəd qəbulu elan edir

31.01.2026

Unikal.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Müdafiə Nazirliyinin Milli Müdafiə Universiteti cari ilin 31 may tarixinədək Heydər Əliyev adına Hərbi İnstituta, Hərbi Tibb Fakültəsinə, Bakı və Naxçıvan Hərbi Kolleclərinə, Heydər Əliyev adına və Cəmşid Naxçıvanski adına Hərbi Liseylərinə elektron sənəd qəbulu elan edir.

"Unikal" xəbər verir ki, Azərbaycan Respublikasının vətəndaşları istənilən bölgədən mmu.edu.az saytının "Təhsil müəssisələrinə qəbul" bölməsindən müraciət etməklə seçdiyi təhsil müəssisəsinə aid sənəd qəbulu portalına keçid edərək, müvafiq portaldakı "Sənədlər" hissəsindən proseslə bağlı məlumatları əldə edə bilər (qadın cinsli vətəndaşların qəbulu yalnız Heydər Əliyev adına Hərbi İnstituta, Azərbaycan Tibb Universitetinin Hərbi Tibb Fakültəsinin "Hərbi həkim" və "Hərbi feldşer işi" ixtisaslarına nəzərdə tutulmuşdur).

Heydər Əliyev adına Hərbi İnstituta, Hərbi Tibb Fakültəsinə, Bakı və Naxçıvan Hərbi Kolleclərinə müraciət edənlər üçün tibbi müayinələrin keçirilməsi 01 aprel - 30 iyun, Hərbi Liseylərə müraciət edən vətəndaşlar üçün 01 may - 30 iyun, seçimlərin aparılması isə 01 iyul - 31 avqust tarixlərində nəzərdə tutulur.

Qadın cinsli namizədlərin qəbulu Müdafiə Nazirliyinin müəyyən olunmuş kadr tələbatına və ixtisaslar üzrə plan yerlərinə uyğun olaraq həyata keçirilir.

Vətəndaşları maraqlandıran suallarla bağlı Milli Müdafiə Universitetinin çağrı mərkəzi - *0811 (iş günlərində saat 09:00- dan 17:30-dək) və [email protected] elektron poçt ünvanı fəaliyyət göstərir.


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью