Icma.az, Qol.az portalına istinadən məlumat yayır.
Milli müdafiəçisini yoldaşlıq matçında itirdi
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Braziliya milli komandasının sağ cinah müdafiəçisi Uesli Fransa zədə səbəbindən 2026-cı il dünya çempionatında iştirak edə bilməyəcək.
QOL.az xəbər verir ki, bu barədə Braziliya Futbol Federasiyası məlumat yayıb. Futbolçu Misir yığması ilə keçirilən yoldaşlıq oyununda (2:1) zədələnib. Aparılan tibbi müayinə nəticəsində onun sol budun gətirici əzələsində zədə aşkarlanıb.
Qeyd edək ki, futbolçu geridə qalan klub mövsümündə bütün turnirlər daxil olmaqla 41 matçda meydana çıxaraq 3 qol vurub və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
Xatırladaq ki, bu yay keçiriləcək 2026-cı il dünya çempionatında Braziliya millisi C qrupunda Mərakeş, Haiti və Şotlandiya yığmaları ilə mübarizə aparacaq.