Milli Observatoriya 2025 ci ilin maliyyə hesabatını açıqlayıb

13.07.2026

Icma.az bildirir, Xalq qazeti portalına istinadən.

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya 2025-ci ili 3,934 milyon manat xalis xərclə başa vurub.

XQ qurumun maliyyə hesabatına istinadən xəbər verir ki, bu göstərici 2024-cü ilin yekunları ilə müqayisədə 4,6 faiz çoxdur.

Hesabat dövründə Milli Observatoriyanın göstərdiyi xidmətlərdən əldə etdiyi gəlirlər 2 min manat (əvvəlki ilə nisbətən 6,6 dəfə az), sair gəlirləri isə 11 min manat (153,8 dəfə çox) təşkil edib. Qurumun əməkhaqqı xərcləri 2,911 milyon manat (0,8 faiz çox), köhnəlmə və amortizasiya xərcləri 113 min manat (7,6 faiz çox), icarə öhdəlikləri üzrə xərcləri 584 min manat (cüzi az), inzibati xərcləri 338 min manat (71,6 faiz çox), mənfəət vergisi ödəmələri isə cəmi 400 manat (4,7 dəfə az) olub.

2026-cı il yanvarın 1-nə olan məlumata görə, Milli Observatoriyanın aktivləri illik müqayisədə 21,7 faiz artaraq 3,167 milyon manata yüksəlib. Hesabat dövründə publik hüquqi şəxsin öhdəlikləri 10,5 faiz azalaraq 17 min manata düşüb, balans kapitalı isə 21,9 faiz artaraq 3,149 million manata çatıb.

Məlumat üçün qeyd edək ki, Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya Prezident İlham Əliyevin 4 iyul 2019-cu il tarixli fərmanı ilə yaradılıb. Nazirlər Kabinetinin 17 mart 2020-ci il tarixli qərarı ilə nizamnaməsi təsdiq edilən qurum əhalinin məşğulluğu və sosial müdafiəsi sahələrində səmərəli idarəetmə qərarlarının qəbul edilməsi məqsədilə monitorinq və proqnozlaşdırma sisteminin qurulmasını həyata keçirir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью