Milli Observatoriya universitetlərdə yeni layihəyə start verib

19.10.2026

Icma.az, Bakivaxti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya universitet tələbələrinin peşəkar bacarıqlarının inkişafına yönələn “PeşəKaryera” layihəsinə başlayıb.

Bakıvaxtı.az xəbər verir ki, layihənin əsas məqsədi tələbələrin əmək bazarının tələblərinə uyğun bilik və bacarıqlar əldə etməsinə dəstək olmaq, eləcə də praktiki biliklərin universitet mühitində tətbiqini genişləndirməkdir.

Layihə çərçivəsində tələbələr 9 əsas istiqamət üzrə bacarıq əsaslı ustad dərslərində (master-klaslarda) iştirak edəcəklər.

İlk təlimlər Bakı Avrasiya Universiteti və Bakı Slavyan Universitetində təşkil olunub. Təlimlərdə “Peşəkar mühitdə dəyişiklikləri fürsətlərə çevirmə yolları” mövzusu müzakirə edilib.

Proqram iştirakçıların çevik düşünmə, innovativ ideyalar irəli sürmə, dəyişiklik və riskləri yeni imkanlara çevirmə, eləcə də problemlərin həllində yaradıcı yanaşma bacarıqlarının inkişafına yönəlib.

Qeyd edək ki, “PeşəKaryera” layihəsinə ümumilikdə 6 universitet cəlb olunub. Növbəti mərhələlərdə digər ali təhsil müəssisələrində də master-klasların keçirilməsi nəzərdə tutulur.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью