Milli Observatoriya yeni SosialLab elmi analitik müsabiqə keçirir

25.09.2026

Icma.az, Xalq qazeti portalına istinadən məlumat yayır.

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya ali təhsil və tədqiqat müəssisələri arasında gənclərin elmi-analitik bacarıqlarını inkişaf etdirmək məqsədilə SosialLab adlı müsabiqəyə start verib. 

Müsabiqədə iştirak edən komandalar nazirliyin və observatoriyanın fəaliyyət istiqamətlərinə uyğun mövzular üzrə tədqiqatlar aparacaq, nəticələri hesabat şəklində təqdim edəcəklər. 

Layihənin ilk mərhələsində komandalar üçün iki günlük təlim proqramı keçirilməsi nəzərdə tutulub. Təlimlərdə hesabatların hazırlanması qaydaları, metodoloji yanaşmalar və qiymətləndirmə meyarları təqdim ediləcək, bununla da iştirakçılar sonrakı mərhələdə hesabatlarını daha peşəkar şəkildə hazırlamaq imkanı qazanacaqlar.

Sonda təqdim edilən hesabatlar texniki uyğunluq və plagiat yoxlamasından sonra beynəlxalq akademik meyarlarla qiymətləndiriləcək. Qalib komandaların məqalələrinin Scopus indeksli jurnallarda dərc olunması üçün akademik redaktə və çap dəstəyi göstəriləcək. 

İki ay davam edəcək müsabiqədə artıq 11 ali təhsil və tədqiqat müəssisəsinin iştirakı təsdiqlənib.

Z.HÜSEYNOVA
XQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью