Milli Oftalmologiya Mərkəzi gələn il büdcədən 9 milyon manat alacaq

14.11.2025

Marja.az saytına istinadən Icma.az xəbər verir.

2026-cı ildə Azərbaycanda dövlət büdcəsindən Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinə 9 milyon manat vəsait ayrılacaq. 

Bu barədə “2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsində bildirilir. 

Məqsəd ölkədə əhalinin ixtisaslaşdırılmış oftalmoloji xidmətlə təmin edilməsi, göz patologiyası ilə mübarizədə elmi-metodik cəhətdən əsaslandırılmış tədbirlərin işlənilməsi, tətbiqi və gücləndirilməsi, respublikada ixtisaslaşdırılmış oftalmoloji yardımın təşkil edilməsidir. 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью