Milli Olimpiya Komitəsində kütləvi qanvermə aksiyası keçiriləcək

04.06.2025

Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Bakı, 4 iyun, AZƏRTAC

Milli Olimpiya Komitəsinin (MOK) dəstəyi, Səhiyyə Nazirliyi Respublika Qan Bankının və Azərbaycan Qan Donorluğunun İnkişafı Mərkəzinin birgə təşkilatçılığı ilə kütləvi qanvermə aksiyası təşkil olunacaq.

AZƏRTAC xəbər verir ki, "Həmrəy olaq, Qanımızla yaşadaq" adlı qanvermə aksiyası iyunun 12-də Milli Olimpiya Komitəsində keçiriləcək.

"14 İyun - Beynəlxalq Qan Donorluğu Günü"nə həsr olunmuş tədbir saat 10:00-dan 16:00-dək davam edəcək.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью