Milli oyanışın “Əkinçi”si | Icma.az
Icma.az, Xalq qazeti portalına istinadən məlumat verir. Əsr yarım öncə əkilən bu toxum nə torpağa, nə də təsərrüfata aiddir.
Bu aydınlıq və işıq rüşeymlərini dahi mütəfəkkir Həsən bəy Zərdabi öz dövrünün insanlarının beyninə səpdi.
Həmin toxumlar indiyədək tükənməyən bar verir, yenə də bar verəcək...
XIX əsrin 2-ci yarısında görkəmli ziyalı Həsən bəy Zərdabi bir maarifçi kimi Azərbaycanın sosial-iqtisadi və mədəni geriliyinin əsas səbəbini elm və mədəniyyətin, dünyəvi təhsil ocaqlarının azlığında, despotizmin və dini fanatizmin geniş yayılmasında görürdü.
O, buna görə xalqın maariflənməsi üçün milli mətbuatın yaranmasını ən vacib amillərdən sayırdı.
Həsən bəy qəzet nəşr etmək üçün hökumətə müraciət etmişdi. Bunun üçün İstanbuldan çap avadanlığı, hürufat da gətirmişdi.
Nəhayət, xeyli zəhmətdən, əzab-əziyyətdən sonra “Əkinçi” qəzetinin ilk nömrəsi 1875-ci il iyulun 22-də işıq üzü gördü.
Bakıda qubernator mətbəəsində Azərbaycan dilində nəşr olunan bu qəzet bütün Qafqazda geniş əks-səda doğurdu.
Tam oxu
Xəbəri oxu