Milli Paralimpiya Komitəsində YENİ TƏYİNATLAR İdman və Biz

20.12.2024

Idman.biz saytına istinadən Icma.az xəbər verir.

Cavad Axundzadə Azərbaycan Milli Paralimpiya Komitəsinin İdman şöbəsinin müdiri, Əşrəf Qasım isə Beynəlxalq əməkdaşlıq və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri vəzifəsinə təyin edilib.

İdman.biz xəbər verir ki, Bakı Dövlət Universitetində bakalavr və magistr təhsili almış Axundzadə 2007-ci ildən əmək fəaliyyətinə başlayıb.

Onun idman sahəsində 15 ildən çox iş təcrübəsi var. Cavad Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə Azərbaycan idmanının inkişafındakı xidmətlərinə görə “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilib.

Bakı Dövlət Universitetində bakalavr və magistr təhsili almış Qasım 2002-ci ildən əmək fəaliyyətinə başlayıb. O, 20 ildən çox dövlət və özəl sektorda ictimaiyyətlə əlaqələr, idarəetmə sahəsində böyük təcrübəyə malikdir.

İdman.biz

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью