Milli Proqram”ın rəsmi açılış mərasimi keçirilib | Icma.az
Yenisabah saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
“Milli Proqram”ın rəsmi açılış mərasimində layihə ilə bağlı məlumat verilib, proqramın aktiv iştirakçılarına sertifikatlar təqdim edilib.
Yenisabah.az xəbər verir ki, İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi (4SİM), Elm və Təhsil Nazirliyinin tabeliyində Təhsilin İnkişafı Fondu (TİF) və “Coursera” şirkətinin birgə əməkdaşlığı ilə “4Sİ Akademiyası” çərçivəsində həyata keçirilən “Milli Proqram”ın rəsmi açılış mərasimi keçirilib.
Bildirilib ki, “Milli Proqramda” qeydiyyatdan keçən vətəndaşlar mərhələli şəkildə layihədən yararlanırlar.
İlk mərhələdə 7500 istifadəçi platformada 6 həftə ərzində 45 minə yaxın təlimə müraciət edib və onlardan 14000-dən çoxunu uğurla başa vurublar.
May ayının 14-də daha 7500 istifadəçi təlimlərə başlayıb və bu günə kimi artıq 3000-dən çox təlimi başa vuraraq beynəlxalq sertifikat əldə ediblər.
İstifadəçilər arasında 21–30 yaş aralığında olan gənclər üstünlük təşkil edib.
Bu günə kimi “Milli Proqram”a müraciət edən ən gənc iştirakçının 12, ən yaşlı iştirakçı isə 72 yaşında olub.
Tam oxu
Xəbəri oxu