Milli qazaxlara qalib gəldi

29.08.2026

futbolpress-az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Qazaxıstanda təlim-məşq toplanışında olan qadın futbolçulardan ibarət Azərbaycan milli komandası bu gün ilk yoldaşlıq görüşünü keçirib.

Futbolpress.az xəbər verir ki, A milli Qazaxıstan yığması ilə qarşılaşıb. Çimkənd şəhər stadionunda təşkil olunan oyun Siyasət Əsgərovun yetirmələrinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Millimizin heyətində qolları 27-ci dəqiqədə Esra Manya və 82-ci dəqiqədə Sevinc Cəfərzadə vurublar.

Qeyd edək ki, bu komandalar arasında ikinci yoldaşlıq görüşü oktyabrın 27-də təşkil olunacaq.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью