Milli Qəbələ toplanışında

19.10.2026

futbolpress-az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Taekvondo üzrə böyüklərdən ibarət Azərbaycan milli komandası regional təlim-məşq toplanışına yollanıb.

Futbolpress.az xəbər verir ki, Qəbələ Olimpiya İdman Kompleksində təşkil olunan hazırlıq prosesinə oktyabrın 14-də start verilib.

Məşqlər yığmanın baş məşqçisi Məmməd Abdullayev, həmçinin məşqçilər Ayxan Tağızadə və Fəridə Əzizovanın rəhbərliyi altında davam etdirilir. Komandanın Qəbələdəki toplanışı oktyabrın 26-dək davam edəcək.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью