Milli Qəhrəman Gültəkin Əsgərovanın doğum günüdür Xəbər saytı Son xəbərlər və Hadisələr | …
Icma.az, Baku.ws portalına istinadən məlumat verir. Bu gün Azərbaycanın Milli Qəhrəmanı, I Qarabağ müharibəsi şəhidi Gültəkin Əsgərovanın do
Onun anadan olmasından 64 il ötür. Gültəkin Əsgərova 1960-ci il noyabrın 20-də Bakıda doğulub.
1985-ci ildə Azərbaycan Dövlət Tibb İnstitutunu bitirib. Əmək fəaliyyətinə 8 nömrəli təcili yardım stansiyasında başlayıb.
1991-ci ildən Respublika Kliniki Uroloji Xəstəxanada işləyib.
Qarabağ müharibəsi başladığı zaman öz körpəsini anasına əmanət edərək, cəbhəyə yardım etməyə gedib.
O, 1992-ci il aprelin 4-də könüllü cəbhəyə yollanıb, Turşsu, Şuşa xəstəxanalarında, Ağdamın Mahrızlı kəndindəki hospitalda hərbi həkim kimi fəaliyyət göstərib.
Özü ilə 5 tibb bacısını götürərək könüllü döyüşə gedib. Şuşa şəhərinin həbsxanasında olanların qapısının açılmasında onun da xidməti olub.
Həbsxananın qapısı açılmasaydı, orada olanlar əsir götürüləcəkdi.
Tam oxu
Xəbəri oxu