Milli Qəhrəman Maşallah Abdullayevin doğum günüdür

27.05.2025

Missiya.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.



Azərbaycanın Milli Qəhrəmanı Maşallah Abdullayev 27 may 1950-ci ildə Goranboy rayonunun Kəpənəkçi kəndində dünyaya gəlib.
Missiya.Az 
xəbər verir ki, valideynləri Qərbi Azərbaycanın Dərələyəz mahalından olub.
M. Abdullayev Qarabağ müharibəsi başlayanda könüllülərdən ibarət dəstə yaradaraq döyüşlərdə iştirak edib. Ağcakənd də daxil olmaqla neçə-neçə kəndin erməni işğalçılarından azad edilməsində böyük xidmətləri olub.
Qəhrəmanımız 26 oktyabr 2022-ci il tarixində onkoloji xəstəlikdən Goranboy rayonunda vəfat edib. Goranboy şəhər qəbiristanlığında dəfn olunub. Dəfn mərasimi hərbi orkestrin müşayiəti ilə keçirilib, yaylım atəşi açılıb.

Zərintac Mayisqızı
Missiya.Az


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью