Icma.az bildirir, Cebheinfo portalına istinadən. Sumqayıt Dövlət Dram Teatrında Qarabağ müharibəsinin iştirakçısı, Azərbaycanın Milli Qəhrəm
Teatrdan APA-ya verilən məlumata görə, səhnə əsəri yazıçı Elşən Sərxanoğlunun eyniadlı əsəri əsasında hazırlanan qəhrəmanlıq dramıdır.
Tamaşanın quruluşçu rejissoru xalq artisti Firudin Məhərrəmov, quruluşçu rəssamı Elşən Sərxanoğlu, rejissoru Ümid Abbaszadədir.
Monotamaşada gənc aktyor Elay Xasıyev çıxış edəcək.Tamaşada Natiq Qasımovun qəhrəmanlığından geniş bəhs edilir.
Tamaşanın premyerası yaxın vaxtlarda baş tutacaq. Qeyd edək ki, Natiq Qasımov Xocalı rayonunun Pirlər kəndində hərbi əməliyyatlar zamanı alt
Ermənilər Natiqi Xocalıda girov götürülən 22 sakini öldürəcəkləri ilə təhdid etdikdən sonra cəsur döyüşçü təslim olmağa razılaşır.
Lakin o, hətta təslim olduqda belə Azərbaycan Bayrağını düşmənə vermir. Natiq Qasımov əsirlikdə olduğu müddətdə işgəncə ilə qətlə yetirilib.
Prezident İlham Əliyevin Sərəncamı ilə Natiq Qasımov (ölümündən sonra) "Azərbaycanın Milli Qəhrəmanı" fəxri adına layiq görülüb.