Milli Qəhrəman reanimasiyaya yerləşdirildi

23.10.2026

Icma.az bildirir, Modern.az saytına əsaslanaraq.

Azərbaycanın Milli Qəhrəmanı Ehtiram Əliyev ağır vəziyyətdə “Yeni Klinika”ya yerləşdirilib.
Modern.az xəbər verir ki, bu barədə Milli Qəhrəmanları Tanıtma İctimai Birliyindən bildirilib.
Qeyd edilib ki, “Yeni Klinika”ya yerləşdiriləndən sonra vəziyyəti daha da ağırlaşan Milli Qəhrəman Reanimasiya şöbəsinə köçürülüb. Onun həyatı ilə bağlı yaranmış vəziyyət ailə üzvlərini dərin təşviş içində saxlayır.

Milli Qəhrəmanları Tanıtma İctimai Birliyi Ehtiram Əliyevin vəziyyətinin ağırlığını və həyatına yaranmış təhlükəni nəzərə alaraq Prezident İlham Əliyevə müraciət edib. Müraciətdə dövlət başçısından Milli Qəhrəmanın müalicəsini nəzarətə götürmək xahiş olunub.
 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью