Milli Qəhrəman Yuri Kovalyov yad edilib

13.10.2026

Icma.az, Xalq qazeti portalına istinadən məlumatı açıqlayır.

Göyçay Rayon İcra Hakimiyyətinin və Yeni Azərbaycan Partiyası Göyçay rayon təşkilatının birgə keçirdiyi mərasimdə Milli Qəhrəmanın ailə üzvləri, uşaqlıq dostları, döyüş yoldaşları, şəhid ailələri və müharibə iştirakçıları qatılıblar.

Rayon icra hakimiyyətinin başçısı Orxan Mürsəlov Yuri Kovalyovun şəhidlik zirvəsinə ucalmasından 35 il sonra doğulub boya-başa çatdığı doğma Göyçay rayonunda onun ailə üzvləri, dostları və döyüş yoldaşları ilə birlikdə əziz xatirəsinin anılmasını xalqımızın qədirbilənliyi kimi dəyərləndirib. Rayon rəhbəri Milli Qəhrəmanın qızları Regina və Yuliyanın, qardaşı Vitalinin Yurinin xatirəsini yaşatmaqlarının isə əsl vətənpərvərlik nümunəsi olduğunu qeyd edib. O, qəlbində vətən sevgisi olan hər kəsin qəhrəmanlarımızın əziz xatirəsini yaşatmağa və onlara layiq vətəndaşlar kimi fəaliyyət göstərməyə borclu olduğunu vurğulayıb.

Mərasimdə Milli Qəhrəmanın uşaqlıq dostları və döyüş yoldaşları çıxış edərək, Yuri Kovalyovla bağlı ən səmimi və xoş xatirələrini bölüşüblər.

Milli Qəhrəmanın qızı Regina və qardaşı Vitali tədbirin təşkilinə görə təşəkkür edib, şəhid ailələrinə və müharibə iştirakçılarına göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.

İlqar HƏSƏNOV,
XQ-nin bölgə müxbiri

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью