Milli Qəhrəmanımızın adı Ukraynada əbədiləşdiriləcək

29.12.2024

Icma.az bildirir, Metbuat portalına istinadən.

Ukraynanın Kropivnitskidəki Dövlət Uçuş Akademiyasının sinif otaqlarından birinə Azərbaycanın Milli Qəhrəmanı, AZAL-ın Aktau yaxınlığında qəzaya uğrayan sərnişin təyyarəsinin pilotlarından biri Aleksandr Kalyaninovun adı veriləcək.

Metbuat.az xəbər verir ki, bu barədə Ukraynanın Azərbaycandakı səfiri Husyev Yuriy “X” hesabında məlumat verib.

“Bu mükafat onun fədakarlığını şərəfləndirir və gələcək aviasiya işçilərini ilhamlandırır. Onun mirası yaşayacaq” , - səfir bildirib.

Qeyd edək ki, Aleksandr Kalyaninov həmin akademiyanın məzunu olub.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью