Milli.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Gəncədə Milli Qəhrəmanın oğlu avtomobil qəzasına düşüb.
Milli.Az oxu.az-a istinadən xəbər verir ki, şəhərin Yeni Gəncə qəsəbəsi ərazisində minik avtomobili idarəetmədən çıxaraq yol kənarındakı ağaca çırpılıb.
Hadisə nəticəsində sürücü, 1991-ci il təvəllüdlü İ.Əliyev müxtəlif dərəcəli bədən xəsarətləri alıb və xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, zərərçəkən Milli Qəhrəman İlham Müzəffər oğlu Əliyevin oğludur. O, 1990-cı ildə Qazax rayonunda gedən döyüşlərdə şəhid olub.
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)