Oxu.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Bu gün Milli Qəhrəmanlar Elgiz Kərimov, Şirin Mirzəyev, Naiq Yusifovun doğum günüdür.
Oxu.Az xatırladır ki, Elgiz Kərim oğlu Kərimov 1971-ci il yanvarın 5-də Bərdə şəhərində anadan olub.
O, 1987-ci ildə orta təhsilini başa vurub, elə həmin il hərbi xidmətə çağırılıb.
Hərbi xidmətini başa vurub Bərdəyə qayıdan Elgiz daha sonra ön cəbhəyə könüllü, ürəkli gedənlərdən biri olub.
O, 1991-ci ildə könüllülərdən ibarət batalyonun tərkibində cəbhəyə gedib, Əsgəran yaxınlığında döyüşdə xüsusi qəhrəmanlıq göstərib, çox sayda düşmən silahlısını məhv edib.
1992-ci il martın 12-də mühasirəyə düşmüş döyüşçü yoldaşlarını xilas etmək üçün Xocalı rayonunun Naxçıvanlı kəndinə gedib.
Bir saata yaxın davam edən ağır döyüşdən sonra ermənilərin mühasirəsi yarılıb və döyüşçülərimiz azad edilib.