futbolpress-az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
20 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası İraqın müvafiq yaş qrupundan ibarət yığması ilə ikinci yoxlama oyununu keçirib.
Futbolpress.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutan qarşılaşma millimizin 2:1 hesablı qələbəsi ilə başa çatıb.
Matçda hesabı 26-cı dəqiqədə Nicat Nərimanov açıb. Birinci hissəyə əlavə olunmuş dəqiqələrdə (Şahin İbrahimov fərqi iki topa çatdırıb. İkinci hissədə fəallaşan qonaqlar 66-cı dəqiqədə Moamel Malik Sabahın qolu ilə fərqi minimuma endirsələr də, yığmamız üstünlüyü sona qədər qoruyub.
Qeydə alınan nəticə:
Yoxlama oyunu
20 noyabr
Azərbaycan (U-20) – İraq (U-20) 2:1
Qollar: Nicat Nərimanov, 26, Şahin İbrahimov, 45+3 – Moamel Malik Sabah, 66