Icma.az, Modern.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Mahir Süleymanlı Milli Məclisin deputatı 9 Noyabr - Dövlət Bayrağı Gününün əhəmiyyəti Azərbaycan xalqı üçün böyük milli-mənəvi dəyərə malikdir.
Bu bayram Azərbaycanın suverenliyini, birliyini və milli qürurunu simvolizə edir.
Dövlət Bayrağı Günü ilk dəfə 2009-cu ildə Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə təsis olunub.
Bu tarixin seçilməsi isə 1918-ci ilin 9 noyabr tarixində Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən üçrəngli bayrağın rəsmi dövlət bayrağı kimi qəbul olunması ilə bağlıdır.
Azərbaycan bayrağı xalqın tarixini, mədəniyyətini və dövlətçiliyini əks etdirir.
Dövlət Bayrağı Günü millətin birliyini və həmrəyliyini təcəssüm etdirir.
Bu gün hər bir vətəndaş milli qürurunu və dövlətçilik dəyərlərini bir daha yada salır.