Cebheinfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.
ABŞ-nin paytaxtı Vaşinqtonda Milli Qvardiya əsgərləri silahlarla patrul edirlər.
"Cebheinfo.az" xəbər verir ki, Vaşinqton, D.C-də təhlükəsizlik tədbirlərinin gücləndirilməsi çərçivəsində Milli Qvardiya birlikləri Union Station ətrafında patrul xidməti aparıblar.
Əvvəlki patrullarda silahsız olan əsgərlərin bu dəfə avtomatik silahlarla hərəkət etdikləri müşahidə olunub.
Bu addımın səbəbi hələlik rəsmi şəkildə açıqlanmasa da, bölgədə artan gərginlik və potensial təhlükələrə qarşı önləyici tədbir kimi qiymətləndirilir.
Şəhər sakinləri isə bu görüntüləri həm narahatlıqla, həm də ehtiyatla izləyirlər.
Nigar Hacılı "Cebheinfo.az" Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.