“Milli rəqəmsal platformaların yaradılmasına ehtiyac var” Elşən Əliyev

11.06.2026

Icma.az, Redaktor.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“Müharibədə qalib gəlmiş bir ölkəyik. Müharibə göstərdi ki, hər şey qaydasındadır. Heç kim düşmənlə döyüşdən qaçmadı”.

Redaktor.az xəbər verir ki, bu fikirləri Azərbaycan Mətbuat Şurasının təşəbbüsü ilə keçirilən tədbirdə Əməkdar Jurnalist Elşən Əliyev bildirdi.

“Vətənpərvərliyi uşaqlara aşılamalıyıq. Boşluqlar doldurulmalıdır. Milli platformalar olmalıdır. Kiçik nəvələr platformalardan türk, rus, ingilis dili öyrənirlər. Milli platformaları yaratmalıyıq. QHT Agentliyi, Media Agentliyi rəqəmsallaşmaya maliyyə ayırsın. Gedib platforma yaratsınlar. Türkiyədəkilər Azərbaycan dilini öyrənsin. Belə başa düşdüm ki, qanun belə müzakirələr üçün deyil. Dövlət ilə platformalar arasında əlaqələri tənzimləmək üçündür. Kifayət qədər qanunvericiliyimiz də var. Sadəcə onları tətbiq etmək lazımdır”.

Aytəkin TOFİQQIZI

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью