“Milli ruhun səsi” Gəncədə səslənib

18.09.2026

Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Gəncə, 18 sentyabr, AZƏRTAC

Gəncə Şəhər İcra Hakimiyyətinin dəstəyi, Gəncə-Daşkəsən Regional Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə 18 Sentyabr – Milli Musiqi Gününə həsr olunan “Milli Ruhun Səsi” adlı konsert proqramı keçirilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, “Xan Bağı” İstirahət Parkındakı “Yaşıl teatr”da baş tutan tədbirdə əvvəlcə Milli Musiqi Günündən bəhs olunub. Bildirilib ki, 1885-ci il sentyabrın 18-də Azərbaycan professional musiqi sənətinin banisi, dahi bəstəkar, alim və ictimai xadim Üzeyir Hacıbəyli dünyaya gəlib. Bu əlamətdar tarix ölkəmizdə Milli Musiqi Günü kimi qeyd olunur.

Sonra gənc və yeniyetmələrin ifasında müxtəlif mahnı və rəqs nömrələri, şeirlər, eləcə də səhnəciklər nümayiş etdirilib. Konsert proqramında dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin yaradıcılığına xüsusi yer ayrılıb.

Müxbir - Elcan Məmmədov

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью