Milli sənayemiz Belarus sərgisində

06.10.2026

Icma.az, Xalq qazeti saytına istinadən bildirir.

İqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Belarus Respublikasının paytaxtı Minsk şəhərində keçirilən “INNOPROM. Belarus” beynəlxalq sənaye sərgisində iştirak edib.

İqtisadiyyat Nazirliyinin məlumatına görə, sentyabrın 30-dan oktyabrın 2-dək davam edən sərgidə Azərbaycan şirkətləri vahid ölkə stendi ilə təmsil olunub. Stenddə sənaye və texniki həllər, xüsusi təyinatlı işçi ayaqqabıları, lak-boya və tikinti-kimya məhsulları, sənaye filterləri, istilik izolyasiya materialları, maşınqayırma, xüsusi və sənaye texnikası, eləcə də polad və digər metal məmulatları nümayiş etdirilib.

Sərgi çərçivəsində Azərbaycan şirkətlərinin sənaye məhsul və həllərinin beynəlxalq iştirakçılara təqdim edilməsi, yeni tərəfdaşlıqların qurulması və ixrac imkanlarının genişləndirilməsi üçün müzakirələr aparılıb.

Qeyd edək ki, “INNOPROM. Belarus” sənaye, maşınqayırma, metallurgiya, sənayenin avtomatlaşdırılması, rəqəmsal texnologiyalar və innovativ həllər sahəsində fəaliyyət göstərən şirkətləri bir araya gətirən beynəlxalq sənaye platformasıdır.

XQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью