Icma.az, futbolpress-az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Maltada təşkil olunan UEFA İnkişaf Turnirində iştirak edən 15 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası sonuncu oyununu keçirib.
Futbolpress.az xəbər verir ki, Litva yığması ilə qarşılaşma 1:1 hesabı ilə başa çatıb. Millimizin heyətində Zəfər İbrahim qol vurub.
Penaltilər seriyasında isə 2:1 hesabı ilə qalib gələn Azərbaycan millisi turniri qələbə ilə başa vurub.
Azərbaycan yığması bundan əvvəl Latviyaya 0:3, Maltaya 0:1 hesabıyla uduzub.