Milli Tbilisidə 2 qələbə qazandı

17.06.2026

Icma.az, sport24.az portalına istinadən məlumat verir.

Gürcüstanın paytaxtı Tbilisidə təlim-məşq toplanışında olan Azərbaycanın 20 yaşadək oğlan basketbolçulardan ibarət yığması iki yoldaşlıq matçı keçirib. Sport24.az xəbər verir ki, Anar Sarıyevin rəhbərlik etdiyi komanda Gürcüstanın U-18-ni 86:64 və U-20-ni 75:69 hesabıyla məğlub edib.

Toplanışın əsas məqsədi iyulun 10-19-da Slovakiyanın paytaxtı Bratislavada keçiriləcək Avropa çempionatının B divizionunun oyunlarına hazırlaşmaqdır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью