Icma.az, Sia Az portalına istinadən məlumatı açıqlayır. “Baş verə biləcək təbii və texnogen hadisələr mövcuddur.
Texnogen hadisələri insan fəaliyyəti nəticəsində meydana gələn yanğın, qaz sızması nəticəsində olan partlayışlardır.
Təbii fövqəladə hallar isə bilavasitə təbiətin özündə yaranan vulkan püskürməsi, sel daşqınları, ildırım çaxması kimi hadisələr hesab olunur.
Bütün bu hallar fövqəladə hadisələrin miqyasından asılı olmayaraq təhlükəsi müəyyən olunmaqdadır.
Belə ki, fövqəladə hadisələr az ağır, orta və çox ağır kateqoriyalarına bölünür.
Baş verə biləcək fövqəladə hadisələrin orta yaxud çox ağır ölkələrdə, dövlətlərdə bu hallara insanların sağlam və təhlükəsiz şəkildə təxliyyə olunması üçün həmçinin bu fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması məqsədi ilə kifayət qədər işçi qüvvəsi ayrılır”.
Bu sözləri təhlükəsizlik üzrə ekspert Orxan Musayev SİA-ya açıqlamasında deyib.
Onun sözlərinə görə, işçi qüvvələri müxtəlif dövlət qurumları tərəfindən təşkil olunur: “Milli təhlükəsizlik məsələlərinin tənzimlənməsi müasir tələblərə cavab verən ölkələrdə o formada təşkil olunur ki, baş verə biləcək hər hansısa bir təbii və texnogen hadisələr dövlətin ərazisinə, suverenliyinə, ərazi bütövlüyünə təsir göstərə bilməsin.