Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Bakı, 12 dekabr, AZƏRTAC Elm və Təhsil Nazirliyinin İnformasiya Texnologiyaları İnstitutunda Dissertasiya Şurasının elmi seminarının iclası keçirilib.
Bu barədə AZƏRTAC-a institutdan məlumat verilib.Seminar institutun dissertantı Əfruz Qurbanovanın texnika üzrə fəlsəfə doktoru elmi dərəcəsini almaq üçün təqdim etdiyi “Milli terminoloji informasiya sisteminin sintezi üçün metod və alqoritmlərin işlənməsi” mövzusunda dissertasiya işinin müzakirəsinə həsr olunub.Ə.Qurbanova dissertasiya işini təqdim edərək, tədqiqatın məqsədinin beynəlxalq təcrübə və standartlar əsasında e-dövlət platformasında Azərbaycan dili ekosisteminin tərkib hissəsi kimi Milli terminoloji informasiya sisteminin (MTİS) sintezi üçün model, metod və alqoritmlərin işlənməsi olduğunu bildirib.
İddiaçı qeyd edib ki, internetin sürətlə inkişafı nəticəsində milli dil mühitinə daxil olan çoxdilli informasiya seli qarşısında dilin terminoloji təhlükəsizliyinin təmin olunması, internet və İKT-nin imkanlarından istifadə etməklə terminoloji fəaliyyətin səmərəliliyinin yüksəldilməsi, ölkədə terminoloji fəaliyyətin müvafiq beynəlxalq standartların və müasir İKT-nin tələblərinə müvafiq qurulması və s.
mövzunun aktuallığını şərtləndirən amillərdir. Ə.Qurbanova e-dövlət çərçivəsində terminoloji lüğətlərin və digər mühüm materialların vahid r
Eyni zamanda, Milli Terminoloji İnformasiya Sisteminin konseptual modeli və arxitektura-texnoloji prinsipləri işlənib, funksional altsisteml
Rəyçilər tədqiqat işində elmi yeniliklərin tamamilə orijinal olduğunu, nəzəri və praktik cəhətdən böyük əhəmiyyət kəsb etdiyini qeyd ediblər
Sonra iddiaçı ona ünvanlanan sualları cavablandırıb. Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.