Milli türklərlə birgə hazırlaşacaq

02.11.2026

Icma.az, futbolpress-az saytına istinadən bildirir.

Bakıda boks üzrə U-23 Azərbaycan millisi növbəti təlim-məşq toplanışına start verib.

Futbolpress.az xəbər verir ki, noyabrın 12-dək davam edəcək toplanışda komandamızla yanaşı, Türkiyə yığması da hazırlıq keçəcək.

Bakı Boks Mərkəzində təşkil olunan toplanışa 25-dək boksçu qatılıb. Komandalar gündə 2 dəfə məşq keçəcək, sınaq döyüşlərində güclərini yoxlayacaqlar. Toplanışda əsasən texniki-taktiki hazırlığa üstünlük veriləcək.

Məşqlər Xorvatiyada təşkil olunacaq U-23 Avropa çempionatına hazırlıq xarakteri daşıyır.

Qeyd edək ki, Avropa çempionatı noyabrın 16-24-də baş tutacaq.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью