Icma.az, futbolpress-az portalına istinadən məlumat yayır.
Azərbaycan yığması UEFA Millətlər Liqasının qrup mərhələsində bu gün sonuncu oyununa çıxacaq.
Futbolpress.az xəbər verir ki, Ayxan Abbasovun rəhbərlik etdiyi kollektiv Lixtenşteynin qonağı olacaq. Vaduts şəhərindəki “Reinpark” stadionunda baş tutacaq görüşə saat 23:45-də start veriləcək.
Azərbaycan millisi qrupda 5 xalla liderdir. Lixtenşteyn isə 1 xalla sonuncudur.
UEFA Millətlər Liqası
Qrup mərhələsi, V tur
13 noyabr
23:45 Lixtenşteyn – Azərbaycan
Baş hakim: Kristo Tover (Estoniya)
Vaduts, “Reinpark” stadionu