Icma.az, futbolpress-az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatına hazırlığın son mərhələsini Bakıda keçir.
Futbolpress.az xəbər verir ki, komanda təlim-məşq toplanışı çərçivəsində Latviya və Belarus yığmaları ilə yoxlama oyununda üz-üzə gələcək. Matçların vaxtı məlum deyil.
2026-cı il Avropa çempionatının C qrupunun oyunları Bakıda təşkil olunacaq.
Azərbaycan millisi qrup mərhələsində Portuqaliya, Niderland, Belçika, Rumıniya və İspaniya yığmaları ilə qarşılaşacaq. Oyunlar 21-28 avqust tarixlərində Milli Gimnastika Arenasında keçiriləcək.